Salyanda "KamAZ" markalı yük maşını yanıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Salyan rayonunun Birinci Varlı kəndində "KamAZ" markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 10 ton ot bağlamasının 4,5 tonu yanıb. Maşının və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər