Əsas səhifəMaraqlı“Audi Quattro”: 40 il zirvədə
PAYLAŞ

“Audi Quattro”: 40 il zirvədə

Maraqlı 07 Fevral 2020 13:31 1311

“Audi AG”nin Azərbaycanda rəsmi idxalçısı “Dream Auto” MMC əfsanəvi “Quattro” tam ötürücü sistemin yaranmasının 40 illiyi münasibətilə Şahdağda yerləşən dağ-xizək kurortunda ekstremal test həyata keçirib.

Qarlı zirvəni yenidən fəth etmək üçün, uzunluğu 714 metr, mailliyi 35° olan yoxuşu bu dəfə 3.0 TFSI mühərrik və “Quattro” sistemi ilə təchiz olunmuş “Audi Q8” avtomobili qalxıb. Xatırladaq ki, 2017-ci ildə həmin marşrut üzrə zirvəyə Audi Q7 3.0 TFSI tiptronic Quattro avtomobili qalxmışdı.

Məlumat üçün bildirək ki, 1980-ci ildə Cenevrə avtosalonunda təqdim olunan tam ötürücülü idman kupesi böyük rezonans yaratmışdı.

“Audi Quattro” ilk dəfə 1981-ci ildə avtoidmanda debüt etdi. O andan etibarən əfsanəyə çevrilən, mübaliğəsiz üstün və rəqibsiz texnologiya olan tam ötürücü Quattro sistemi beynəlxalq ralli və yarış arenalarında əsl inqilab etdi.

“Audi Azərbaycan” haqqında:

“Dream Auto” MMC “Audi” markalı avtomobillərin Azərbaycanda rəsmi idxalçısı kimi fəaliyyət göstərir. “Audi Azərbaycan” markanın model sırasının geniş çeşidlərini satış salonunda avtomobil həvəskarlarına təqdim etməklə yanaşı, istehsalçının bütün tələblərinə cavab verən müasir servis mərkəzi ilə satış sonrası texniki xidmətləri tam həcmdə həyata keçirir. 
“Dream Auto” MMC


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020