Bakıda yol hərəkəti qaydasını pozaraq təhlükə yaradan sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Dadaş Bünyadzadə küçəsində hərəkət edən 90-AL-645 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq qarşıdan gələn sürücülərin hərəkətinə mane olub. O, qarşısında dayanmış avtomobilləri keçmək üçün bu qaydanı pozub.
Sürücünün əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib hissəsi var. Çünki yerdə nişanlanma xətti olmasa da belə sürücü əks istiqamətə çıxmış sayılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər