Misirdə mikroavtobusun və pikapın iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Əl-Minya əyalətində qeydə alınıb. Bu barədə yerli KİV məlumat verib.
Bildirilir ki, iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 11 nəfər ölüb, daha 10-u isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə gələn ambulansların köməkliyi ilə xəstəxanalara çatdırılıblar.
İlkin məlumatlara görə, qəzaya yüksək sürətin səbəb ola biləcəyi ehtimal edilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər