Əsas səhifəÖlkəÖzünü düşünən sürücü piyadaların yolunu kəsdi- 10 OJ 048
PAYLAŞ

Özünü düşünən sürücü piyadaların yolunu kəsdi- 10 OJ 048

Ölkə 13 Fevral 2020 15:59 1994

Bakıda yol hərəkəti qaydasını pozan avtomobilin görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 13-ü paytaxtın Həsən Əliyev küçəsində hərəkət edən 10-OJ-048 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü tıxac zamanı piyada keçidinin üzərində dayanıb. Bu zaman o, piyadaların hərəkətinə mane olub. Keçiddən keçən piyada, zolağı zəbt edən sürücüyə öz iradını bildirib.

Yol Hərəkəti Haqqında Qanunda qeyd olunub ki, əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. Eyni tələb yolayrıclarına da şamil olunur. Yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Sürücülərə tövsiyə edirik ki, bu cür məqamlarda diqqətli olsunlar. Tıxac zamanı bir neçə metr geridə dayanmaqla yolayrıcını və ya piyada keçidini boş saxlamaq, onları heç yerə gecikdirməyəcək. Əksinə yolda sərbəst hərəkət şəraitinin yaradılmasına nail olacaqlar.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020