“Bentley” iki milyon dollarlıq yeni kabrioletinə ad tapdı
Maraqlı
15 Fevral 2020 11:31
1824
“Bentley Bacalar” iki turbinli altı litrlik “W12” mühərriki ilə təchiz olunacaq
“Bentley” şirkəti Britaniya markasının ən statuslu müştəriləri üçün olduqca kiçik tirajla buraxılacaq yeni eksklüziv üstü açıq modelin ilk tizerini təqdim edib.
“Autonews”un məlumatına əsasən, dəyəri 2 milyon dollara yaxın olan avtomobil Meksikanıın məşhur turizm mərkəzlərindən birinin şərəfinə “Bacalar” adlandırılacaq.
Unikal kuzovlu kabriolet “Mulliner” saray atelyesinin mütəxəssisləri tərəfindən yaradılacaq.
İlkin məlumata görə, “Bacalar” barkett tipli kuzovlu böyük avtomobil olacaq. Onun interyerində innovasiyalı və nadir materiallardan istifadə olunacaq: məsələn, salonda relikt qovaq və misdən hissələr olacaq. “Bentley Bacalar” iki turbinli altı litrlik “W12” mühərriki ilə təchiz olunacaq.
Kabrioletin 3,7 saniyədə 100 km/s sürət yığan yeni “Continental”dan yüngül və sürətli olacağı gözlənilir
Rəylər