Yol ortasında dayanan piyadanı avtomobil vurub
Qəza
15 Fevral 2020 11:37
1480
Bakının Nizami rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın məlumatına əsasən, hadisə İlqar Musayev küçəsində qeydə alınıb.
Qəza zamanı Qənbər Atayev idarə etdiyi “Opel” markal minik maşını ilə piyada Səbziyev Minəxan Aslan oğlunu vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib.
Sürücünün sözlərinə əsasən, piyada sərxoş halda yolun ortasında dayanıbmış.
Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.
Rəylər