“BNA-nın fəaliyyəti müəyyən işbazlara sərf etmir” - EKSPERT
Ekspert
17 Fevral 2020 13:56
2250
Daşıyıcı şirkətlər də artıq başa düşməlidirlər ki, müasir dövrdə tələblər dəyişib
“Uzun illər Azərbaycanda yol-nəqliyyat sahəsində böyük problemlər, özbaşınalıqlar olub. Bakı Nəqliyyat Agentliyi yaradıldıqdan sonra qayda-qanun işləməyə başlayıb”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “MediaPost”a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert bildirib ki, 10-15 il əvvələ kimi ictimai nəqliyyatda böyük bir xaos hökm sürüb:
“Əvvəllər vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə etməkdə böyük çətinlik çəkirdi. BNA yarandıqdan sonra bu kimi hallar tədricən aradan qalxmağa başladı. Biz burada yeni avtobusların gətirilməsi, “BakuBus” avtobuslarında qaydaların tətbiq edilməsi, ictimai nəqliyyatın tam nəzarətə götürülməsini qeyd edə bilərik.
BNA-nın fəaliyyətində təqdirəlayiq hallardan biri də odur ki, agentlik hər hansı bir problemi başdansovdu həyata keçirmir. Şəxsən özümün əldə etdiyim məlumata görə, problem əvvəlcədən hədəf kimi ortaya qoyulur, müzakirə edilir, layihə çərçivəsində mərhələli şəkildə həll edilir. Azərbaycanda problemin strateji planlama ilə həll edilməsi sevindirici haldır. Xüsusən də ictimai nəqliyyatda hərəkətin tənzimlənməsində biz bunun şahidi oluruq”.
Eldəniz Cəfərov qeyd edib ki, avtobuslarda sürücü və sərnişinlar arasında olan pis münasibət artıq aradan qalxmağa başlayıb:
“Hər bir vətəndaş, cəmiyyət özü-özünü idarə etməkdə maraqlıdır. Əgər görülən iş varsa, narazılıqlar da ola bilər. Vətəndaşlar bu məsələdə sərbəstdir. Əminəm ki, BNA bu narazılıqlara obyektiv yanaşır.
Rəylər