Ötən il ən populyar avtomobil rəngləri
Maraqlı
18 Fevral 2020 14:27
1473
Ən paradoksal statistika Şimali Amerikadadır, burdakı qırmızı rəngin payı bütün dünyaya düşən paydan çoxdur
2019-cu ildə dünyada hər 3-cü avtomobil ağ (38%), hər beşincisi (19%) isə qara rəngə boyanıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Axalta Coating Systems” saytı məlumat verib.
Məlumata əsasən, ötən ilin nəticələrinə görə ən populyar avtomobil rəngləri siyahısının üçüncüsü boz olub (19%).
Bazarda alıcılar tərəfindən gümüşü çalarlı avtomobillərə daha aşağı maraq göstərilib (10%).
Maraqlıdır ki, Çində ağ maşınların nisbəti, digər ölkələrə nisbətdə daha yuxarıdır (57%), Avropada isə əksinə, daha çox boz çalarlara üstünlük verilir.
Ən paradoksal statistika Şimali Amerikadadır, burdakı qırmızı rəngin payı bütün dünyaya düşən paydan çoxdur.
Orta hesabla yeni avtomobillərin təxminən 80% -i "neytral" rənglərlə rənglənir: ağ, boz, qara və gümüşü.
Rəylər