“Mazda” 776 avtomobilini geri çağırır
Maraqlı
20 Fevral 2020 10:51
1333
Mühərrikin qəfil dayanması səbəbindən
Yaponiya şirkəti “Mazda” Rusiya bazarlarından 776 “Mazda 3” modelini geri çağırır. Avtosfer.az xəbər verir ki, çağırış, 2019-cu ilin iyunun 28-dən dekabrın 30-na kimi rəsmi dilerlərdən alınan maşınlara şamil edilir. Bu barədə “Rosstandart”ın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buna səbəb soyuq hərəkətdə “i-stop” sisteminin işləməsi zamanı mühərrikin avtomatik təkrar işə salmasında mühərrikin qəfildən dayanmasıdır.
Bildirilir ki, nasazlıq yarandığı halda, ola bilər ki, adi işə salma prosedurunda mühərrik işə düşsün.
Şirkət rəsmiləri, sözü gedən problemlə qarşılaşan avtomobil sahiblərinə qüsuru pulsuz aradan qaldıracağını bildirib.
Rəylər