Əsas səhifəNəqliyyatAzərbaycan dəmir yollarında yenilik - 12 stansiyada dəyişikliklər
PAYLAŞ

Azərbaycan dəmir yollarında yenilik - 12 stansiyada dəyişikliklər

Nəqliyyat 20 Fevral 2020 14:58 1764
Texniki qurğular 60 faiz az yer tutur
“Azərbaycan Dəmir yolları” QSC-də hərəkətin tənzimlənməsində yeni Mikro Prossesor Mərkəzləşməsi sistemi tətbiq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət xidmətinin rəisi Elçin Məmmədov BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, Mikro Prossesor Mərkəzləşməsi (MPM) qatarların hərəkətini avtomatik tənzimləyir, vaxta qənaət edir, dəqiq və operativdir, eləcə də səhvə yol vermir.
“Bizim xarici filmlərdə gördüyümüz kimi qatarlar kompüterlər vasitəsilə idarə olunur. Yollar, yol dəyişənlər, işıqforlar və s. bir sistemlə idarə edilir. Hazırda Azərbaycan dəmir yollarında həmin sistem tətbiq edilir.

Bu sistem Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu-baş, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Dəllər, Şəmkir, Alabaşlı, Gəncə stansiyalarında və bu stansiyalar arasındakı 12 mənzildə tətbiq edilir.
Hazırkı vaxtadək “Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyalarında, postlarında, məntəqələrində və mənzillərdə qatarların hərəkəti və manevr işləri rele sistemləri vasitəsilə idarə olunurdu.
Bu stansiyalarda, postlarda, məntəqələrdə və mənzillərdə fəaliyyət göstərən idarəetmə tabloları, Siqnalizasiya Mərkəzləşmə və Bloklama (SMB) qurğuları həm müasir tələblərə, həm də texniki tələblərə cavab vermirdi”, - deyə Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə hazırlanan və tətbiq edilən Mikro Prossesor Mərkəzləşməsi sistemi bir çox üstünlüklərə malikdir:
- Texniki qurğular 60 faiz az yer tutur.
- Mərkəzdən kənarda yerləşən texniki avadanlıqlar 35 faiz azalır.
- Stansiyalararası mənzillərdəki avadanlıqlar ləğv olunur.
- Elektrik enerjisinə 15-18 faiz qənaət edilir.
- Əl əməyi tam avtomatlaşdırılır.
- Baş verə biləcək nöqsanlar əvvəlcədən müəyyənləşdirilir və bu haqda aidiyyəti üzrə məlumat verilir.
- Qatarların hərəkəti və manevr işləri Dispetçer Mərkəzindən idarə oluna bilir.
- İdarəetmə kompüter monitorları vasitəsilə həyata keçirilir.

MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020