Yol polisi xəbərdarlıq edir; təhlükəsizliyimizi birgə təmin edək
Ölkə
20 Fevral 2020 16:28
1704
Vaqif Əsədov: “Yol hərəkəti qaydalarına əməl etmək hər bir hərəkət iştirakçısının borcudur”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Gəlin, təhlükəsizliyimizi birgə təmin edək” devizi ilə sosial çarx hazırlayıb. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sosial çarxın hazırlanmasında məqsəd bütün yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə səsləməkdir: “Yol polisi adından bu sosial çarxı hazırlayan bütün yaradıcı heyətə təşəkkür edirik. Bu cür sosial çarxlar yol hərəkəti təhlükəsizliyini təbliğ etmək üçün faydalı üsuldur. Biz bu video ilə bir daha diqqətə çatdırmaq istəyirik ki, yol hərəkəti qaydalarına əməl etmək hər bir hərəkət iştirakçısının borcudur”.
Avtosfer.az həmin videoçarxı təqdim edir.
Rəylər