Yanvarda nəqliyyat vasitələri ilə 2,2 faiz çox sərnişinə xidmət göstərilib
İqtisadi
22 Fevral 2020 12:03
2079
Cari ilin yanvarında nəqliyyatçılar 148,6 milyon və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sərnişinə xidmət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 86,4 faizi avtomobil nəqliyyatı, 13,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Rəylər