Əsas səhifəNəqliyyatBakı-Quba yolu bu il PULLU OLACAQ - AÇIQLANDI
PAYLAŞ

Bakı-Quba yolu bu il PULLU OLACAQ - AÇIQLANDI

Nəqliyyat 22 Fevral 2020 15:01 1946
"Bu il Bakı-Quba-Rusiya avtomobil yolu birinci texniki dərəcəyə uyğun beton yola paralel olaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə kimi 100 kilometr hissəsi tam çəkilib əhalinin istifadəsinə veriləcək".
FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bildirib.
S.Məmmədov qeyd edib ki, bu yol beton yola paralel çəkiləcək və Azərbaycanda ilk ödənişli yol kimi əhalinin istifadəsinə veriləcək:
"Bu yol istifadəyə verildikdən sonra indiki beton yolun təmirinə başlanılacaq".
O həmçinin bildirib ki, İranla sərhəddə körpünün tikintisi başa çatdırılacaq:
"Bildiyiniz kimi, Bakı-Ələt-Astara-İran avtomobil yolunun İranla sərhəddə Astara çayı üzərində körpünün tikintisi həyata keçirilmədiyi üçün yolun birləşdirilməsi başa çatmamışdı. Artıq İran prezidenti ilə prezident İlham Əliyevin görüşündə bu körpünün tikilməsi razılaşdırılıb. Çox güman ki, bu il həmin körpü tikilərək istifadəyə veriləcək. Bununla da Astara rayonun daxili yollarından istifadə etmədən İrana gediş-gəliş təmin ediləcək".


MƏNBƏ: fed.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020