Bakıda ŞOK piyadavurma: Yolu keçən gənci avtomobil belə vurdu
Qəza
24 Fevral 2020 11:16
1971
Bakıda baş verən dəhşətli piyadavurma anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Görüntülərdə iki nəfər təhlükəsizlik adacığında dayanıb. Bir nəfər isə qarşı tərəfdən əks istiqamətə keşmək istəyir. Yola çıxan zaman isə olduğu zolaqda avtomobillərin istiqamətinə deyil, hələ növbəti keşəcəyi zolağın istiqamətinə baxır. Nəticədə avtomobil onu vuraraq qarşı yola atır. Bu zaman isə ikini maşının sürücüsü qəfil manevr edərək piyadanı yenidən əzməkdən son anda xilas olur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr daha çox piyada keçidləri olmayan ərazilərdə olur. "Piyadaların diqqətinə çatdırmaq istəyirik ki, görüntülərdə əks olunan ərazidə artıq yeraltı piyada keçidi var. Yolu keçərkən mütləq keçiddən istifadə etsinlər ki, həyatlarını itirməsinlər."
Rəylər