Əsas səhifəXariciEstoniyada avtobuslarda gediş haqqı ləğv edildi
PAYLAŞ

Estoniyada avtobuslarda gediş haqqı ləğv edildi

Xarici 27 Fevral 2020 16:13 1560
Estoniyada demək olar ki, ölkənin bütün ərazisində ictimai nəqliyyatda gediş haqqı pulsuz edilib. İyulun əvvəlindən Estoniyanın 15 regionun 11-də, sərnişin avtobuslarından pulsuz istifadə edə bilərsiniz, bu barədə məlumatı Estoniyanın İqtisadiyyat və infrastruktur naziri Kadri Simson bildirib. Simsonnun sözlərinə görə, hakimiyyət şəhərə köçən kənd əhalisini dayandırmaq və ətraf mühitin mühafizəsinə sərmayə qoymaq istəyir. Bundan başqa, Tallində hesab edirlər ki, pulsuz nəqliyyat yüngül avtomobillərin istifadəsini azalda bilər.

2017-ci ildə Estoniya parlamenti, 2030-cu ilə kimi yanacaq istehlakının 2012-ci ildəki səviyyədə saxlanılmasını məqsəd qoymuşdur. Simson-nun sözlərinə görə, hakimiyyət insanları daha ekoloji nəqliyyat yollarından istifadə etməyə cağırmalıdır.

Qeyd edək ki, Tallində ictimai nəqliyyat 2013-cü ildən pulsuz olmuşdur – bu ancaq sakinləri üçün nəzərdə tutulmuşdu. Tallindən fərqli olaraq Estoniyanın 11 regionunda pulsuz nəqliyyatdan qeydiyyat ünvanından aslı olmayaraq şəhər sakinlərindən tutmuş turistlərə qədər hər kəs istifadə edə bilər. Bu layihə dövlət büdcəsindən maliyyələşdirilir.
MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020