Bakı Metrosunda koronavirusla bağlı profilaktik tədbirlər
Nəqliyyat
29 Fevral 2020 10:23
1396
Bakı Metropolitenində koronavirusla bağlı əks-epidemik profilaktik tədbirlər davam edir.
Avtosfer.az-ın məlumatına görə Bakı Metropoliteni QSC-dən “Report”a bildirilib ki, bu gecə "Nərimanov" elektrik deposunda tədbirlər planına uyğun olaraq bütün qatarların dezinfeksiyasının birinci dövrəsi tam olaraq başa çatdırılacaq. Proses davamlı olaraq aparılacaq.
Profilaktik dezinfeksiya işi sabah saat 15:00-da deponun yeməkxanasında da yerinə yetiriləcək.
Stansiyalarda proses bazar ertəsi davam etdiriləcək. Bununla belə, hər gün bir neçə dəfə təkrarlanmaqla stansiyaların əl təması olan bütün səthləri xüsusi, sağlamlıq üçün tam təhlükəsiz dezinfektantlarla davam edir.
Rəylər