Yanvarda nəqliyyat vasitələri ilə 17,6 milyon ton yük daşınıb
İqtisadi
02 Mart 2020 16:02
2066
Yanvarda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 17,6 milyon ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 2,9 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 59,1 faizi avtomobil, 6,6 faizi dəmir yolu, 2,8 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Rəylər