Əsas səhifəNəqliyyatBu qaydaya əməl etməyən sürücülər cərimələnə bilər: 3 bal 60 manat
PAYLAŞ

Bu qaydaya əməl etməyən sürücülər cərimələnə bilər: 3 bal 60 manat

Nəqliyyat 03 Mart 2020 12:22 2416
Bakıda tıxac yaradan və tıxacdan sui-istifadə edən sürücülərin videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, fevralın 26-ı paytaxtın A.M.Şərifzadə küçəsi ilə Nazim Hikmət küçəsinin kəsişməsində tıxac yaranıb. Tıxac sürücülərin səriştəsizliyi və qanunauyğun şəkildə hərəkət etməməsindən yaranıb. Videodan da aydın şəkildə görünür ki, yolayrıcında tıxac yaranmasına baxmayaraq sürücülər hərəkət edərək yolarıcında hərəkəti daha da çətinləşdirilər. Bu vəziyyətdən istifadə edən 10-PF-936 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığında hərəkət edərək geriyə dönüb. 
Bu cür vəziyyət yaranan zaman yolayrıcına girmək qadağandır. Yol Hərəkəti Haqqında Qanunda da qeyd olunub ki, "əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır". Tıxac yarandığını görən sürücülər onlar üçün yaşıl işığın yandığını görsələr belə yolayrıcına girməməlidirlər. Hamı stop xətt qarşısında dayanarsa, yolayrıcı boşalaraq bütün sürücülər üçün rahat keçid şəraiti yaradacaq.
Tıxac zamanı yolayrıcına və yaxud kəsişməyə daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə 3 bal 60 manat məbləğində cərimə oluna bilər.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020