Əsas səhifəİqtisadiXəzər Dəniz Gəmiçiliyi Qazaxıstan istiqamətində bərə daşımalarına məhdudiyyət tətbiq edib
PAYLAŞ

Xəzər Dəniz Gəmiçiliyi Qazaxıstan istiqamətində bərə daşımalarına məhdudiyyət tətbiq edib

İqtisadi 05 Mart 2020 12:26 2340
Koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır. Bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) məlumatlandırıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, qərara əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətədək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.
Bununla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.


MƏNBƏ: azertag.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020