“Azərbaycan Dəmir Yolları” QSC-də Ləki-Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı görülən işlərin gedişatı müzakirə olunub. İclasda layihənin icrasına cəlb edilən şirkətlərin nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Cəmiyyətin sədr müavini Zaman Novruzov bildirib ki, dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihənin icrasına 2018-ci ildən başlanılıb. O, tikinti-quraşdırma işlərinin icra vəziyyəti ilə bağlı qonaqlara məlumat verib. Bildirib ki, dəmir yolunun torpaq yatağı və üst quruluşu, eləcə də körpülərin tikintisi ilə bağlı mühüm işlər yerinə yetirilib. Tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədi ilə QSC Almaniyadan mütəxəssislər dəvət edib. Alman mütəxəssislər müstəqil audit qismində layihənin torpaq yatağının tikintisi ilə tanış olacaqlar.
İclasda Ləki – Qəbələ birxətli dəmir yolu layihəsinin icrası ilə bağlı təqdimat keçirilib. Təqdimatla tanışlıqdan sonra alman mütəxəssislərin sualları cavablandırılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər