Bakı Nəqliyyat Agentliyi “Alo 141” Çağrı Mərkəzi “baş operator” vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Çağrı Mərkəzinin işinə nəzarət edilməsi; Operatorların günlük əməliyyatlarının idarə edilməsi; Çağrı mərkəzi fəaliyyətinin hədəflərinin monitorinqinin və təhlilinin edilməsi; Çağrı mərkəzinin əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi; Çağrı mərkəzinin işi ilə əlaqədar istənilən fövqəladə hallara vaxtında cavab verilməsi; Sektorun fəaliyyəti istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tapşırıqların yerinə yetirilməsi; Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.Namizədə tələblər:
Təhsil-ali; Dil bilikləri-azərbaycan dili; MS Office proqramları; Sektorun fəaliyyəti istiqamətlərinə uyğun qanunvericiliyi bilmək; Təcrübə- müştəri xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsi;Bacarıqlar:
Ünsiyyətcil, təşəbbüskar; Komandada işləmək bacarığı; Müştəriyönümlülük; Səlis, aydın danışıq tərzi; Yüksək nitq mədəniyyəti.Son müraciət tarixi: 19.03.2020-ci il.
Zəhmət olmasa müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:
http://bna.az/az/apply
və yaxud, CV-nizi mövzu hissəsində “baş operator” qeyd etməklə [email protected] ünvanına göndərin.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər