Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi “Alo 141” Çağrı Mərkəzi “baş operator” vəzifəsinə vakansiya elan edir
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi “Alo 141” Çağrı Mərkəzi “baş operator” vəzifəsinə vakansiya elan edir

Nəqliyyat 13 Mart 2020 13:30 5758

Bakı Nəqliyyat Agentliyi “Alo 141” Çağrı Mərkəzi  “baş operator” vəzifəsinə vakansiya elan edir. 

Vəzifə öhdəlikləri:

Çağrı Mərkəzinin işinə nəzarət edilməsi; Operatorların günlük əməliyyatlarının idarə edilməsi; Çağrı mərkəzi fəaliyyətinin hədəflərinin monitorinqinin və təhlilinin edilməsi; Çağrı mərkəzinin əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi; Çağrı mərkəzinin işi ilə əlaqədar istənilən fövqəladə hallara vaxtında cavab verilməsi; Sektorun fəaliyyəti istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tapşırıqların yerinə yetirilməsi; Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

Təhsil-ali; Dil bilikləri-azərbaycan dili; MS Office proqramları; Sektorun fəaliyyəti istiqamətlərinə uyğun qanunvericiliyi bilmək; Təcrübə- müştəri xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsi;

Bacarıqlar:

Ünsiyyətcil, təşəbbüskar; Komandada işləmək bacarığı; Müştəriyönümlülük; Səlis, aydın danışıq tərzi; Yüksək nitq mədəniyyəti.

Son müraciət tarixi: 19.03.2020-ci il.
Zəhmət olmasa müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:
http://bna.az/az/apply
və yaxud, CV-nizi mövzu hissəsində “baş operator” qeyd etməklə [email protected] ünvanına göndərin.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020