18 mart 2020-ci il, Bakı – COVID-19 koronovirus infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini ən azı bu ilin sonunadək uzadacaq.
Ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin yanvarın 1-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum elit səviyyələrinin status ballarına şamil olunur.
Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcəkdir.
"AZAL-Miles" - “Azərbaycan Hava Yolları” QSC-nin tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra Gold və Platinum statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və s. kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilmişdir: www.miles.azal.az. “AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər