Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq Bakı Nəqliyyat Agentliyinin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib. Qanvermə aksiyası həm qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədi daşıyıb.
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda təşkil olunan aksiyada Agentliyin mərkəzi aparatının və tabeli qurumların əməkdaşları iştirak edib.
Qeyd edək ki, sosial məsuliyyət layihələri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin kollektivi bir neçə dəfə belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər