Əsas səhifəNəqliyyat30.05.2020-ci il tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq
PAYLAŞ

30.05.2020-ci il tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq

Nəqliyyat 27 May 2020 17:50 3015

30.05.2020-ci il tarixindən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq. 

Qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. 

Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Hazırda isə bu xətt üzrə uzun müddətdir istismarda olan Daewoo markalı avtobuslar fəaliyyət göstərir. Dəyişiklik gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. 

Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020