27.06.2020-ci il tarixdə xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə
Ölkə
28 iyun 2020 14:00
3501
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 27.06.2020-ci il saat 00:00-dan 28.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2338 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 432 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 100-ü rayon, 265-i paytaxt istiqamətinə olmaqla 365, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 310-u rayon, 560-ı paytaxt istiqamətinə olmaqla 870 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1415 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər