Əsas səhifəNəqliyyat06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur
PAYLAŞ

06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur

Nəqliyyat 03 İyul 2020 13:33 3273

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur. Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib. 

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır: 

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. 

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir. 

Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik. Bildiririk ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda səyahət edən zaman tibbi maskadan istifadə mütləqdir. Özünüzün və başqalarının sağlamlığının qorunması üçün qoyulan qaydalara əməl etmənizi, sosial məsuliyyət göstərmənizi xahiş edirik.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020