Əsas səhifəXariciYubiley Qran Prisi: Birinci sərbəst yürüşlər
PAYLAŞ

Yubiley Qran Prisi: Birinci sərbəst yürüşlər

Xarici 07 Avqust 2020 23:01 1359

Ikinci sessiya da birincisi kimi, isti havada baş tutub. Yarış günü üçün də oxşar hava vəd edilir. Komandalar keçən həftəsonu baş verən təkər problemini yaşamamaq üçün əsas diqqəti bu sahəyə yönəldiblər.

AvtoYik.az xəbər verir ki, Pirelli keçən həftə ən sərt təkərləri gətirmişdi, lakin bu həftə sürücülərə orta üçlük veriləcək. Yarışın böyük hissəsinin Medium təkərlərlə keçiləcəyi güman edilir ki, bu da C3 təkərləridir – hansı ki, keçən həftəsonunun ən yumşaq tərkibi idi və onunla çox dövrə vurmaq mümkün olmamışdı.

Məşqlərdə Maqnussen və Sayns trasdan çıxsalar da, yollarına davam edə biliblər. Rikkardo, Elbon və Saynsın dövrəvi nəticələri 9-cu döngədə trasdan tam çıxdıqları üçün ləğv edilib. Sessiyanın sonlarına dorğu Fettelin maşınında nasazlıq yaranıb və trasa yağ sızıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib.

Son dəqiqələrdə isə Covinatsi təhlükəsiz zonasında dayanıb və qırmızı bayraqlar dalğalanıb. Sessiyanın davam etidirlməməsi qərarı qəbul edilib.

Lyuis Həmilton 1:25.606-lıq nəticə ilə protokollara başçılıq edib, onu komanda yoldaşı izləyib. Məşqlər sabah davam edəcək.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020