07.08.2020-ci il tarixdə xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə
Ölkə
08 avqust 2020 10:00
3205
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 07.08.2020-ci il saat 00:00-dan 08.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 115 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 117 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 580-i rayon, 830-u paytaxt istiqamətinə olmaqla 1410, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 300-ü rayon, 355-i paytaxt istiqamətinə olmaqla 655, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 235-i rayon, 200-ü paytaxt istiqamətinə olmaqla 435 avtomobil geri qaytarılıb, ümumilikdə 2500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər