"Formula 1" rəhbərliyi 2021-ci ildə 22 yarış keçirmək niyyətindədir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Formula 1"in icraçı direktoru Çeyz Keri "Motorsportweek" nəşrinə açıqlamasında məlumat verib.
Funksioner 2021 mövsümü üçün standart təqvim planlaşdırdıqlarını söyləyib.
Bu il "Formula 1"də bir neçə Qran-pri koronavirus pandemiyasına görə ləğv edilib, bəziləri isə təxirə salınıb. 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi də ləğv olunub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər