Əsas səhifəMaraqlıFord şirkəti Puma ST modelinin növbəti tizerini dərc edib
PAYLAŞ

Ford şirkəti Puma ST modelinin növbəti tizerini dərc edib

Maraqlı 12 Avqust 2020 10:09 1961

Ford Puma ST modelinin təqdimatı 24 sentyabr tarixində debüt etməlidir. Bu gün Ford şirkəti bu tarixi xatırlatmaq üçün, ilk yığcam idman krossoverinin növbəti tizerini dərc edib.

Xatırladaq ki, bir müddət bundan öncə "qaynar" krossover diribaş casuslar tərəfindən kamuflyajsız olaraq yaxalanıb. İlk baxışdan Puma ST krossoverinin ST-Line paketinə malik standart modeldən elə də fərqli deyil: "qaynar"  modeli ön bamperdəki kiçik aerodinamik ətək, radiator barmaqlığının aşağı hissəsinin dəyişdirilmiş dizaynı, bir qədər böyüdülmüş spoyler, xüsusi dizaynlı təkər diskləri, səsboğucu sistemin bir çıxış borusu əvəzinə ikisi və çətinliklə nəzərə çarpan yalançı diffuzor biruzə verir.

İkin məlumata görə, "qaynar" Puma modelinin kapotunun altında Fiesta ST hothetçindən alınmış, 200 at qüvvəsi və  290 Nm hasil edən 1,5-litrlik üçsilindrli EcoBoost turbomühərriki yeləşəcəkdir. Güc aqreqatı 6-pilləli mexanik transmissiya ilə tandemdə çalışacaqdır. Bununla birlikdə, modelin tam ötürmə ilə təchiz ediləcəyini gözləməyin: çox güman ki, Puma ST yalnız ön ötürməli olacaqdır. Təfərrüatları öyrənmək üçün, modelin bu yaxınlarda  keçiriləcək təqdimatını gösləmək lazımdır.

autograph.az

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020