Əsas səhifəXariciBentley Bentayga Speed modelini təqdim edib
PAYLAŞ

Bentley Bentayga Speed modelini təqdim edib

Xarici 12 Avqust 2020 15:01 937

Adi Bentley Bentayga krossoverinin yeniləməsindən sonra, krossoverin ən bərkgedən versiyası olan Speed modifikasiyası da yenilənib. Resept eynidır: dizaynın Continental GT və Flying Spur ilə unifikasiyası, interyerin yenilənməsi və standart avadanlıqların siyahısına yenidən baxılması.

Bentley Bentayga Speed modelini tündləşdirilmiş ön və arxa fənərləri, kuzov rəngində yan ətəkləri, digər dizayna malik olan bamperləri, həmçinin səsboğucu sistemin oval formalı boruları və baqaj qapağında bərkidilən iri ölçülü spoyleri sayəsində ayırd etmək olar. Krossover üçün 17 standart və Mulliner kataloqundakı geniş palitradan ibarət olan 47 kuzov rəngi nəzərdə tutulub, Bundan başqa, 24 ikirəngli boyama sxemi mövcuddur.

Əlavə ödəniş ilə Black Specification paketini əldə etmək olar. Bu dəsti sifariş edərkən, bütün xrom dekor elementləri parlaq qara rənglisi ilə əvəz ediləcək, ön splitter, yan ətəklər və spoyler karbon lifindən hazırlanacaqdır. Arxa diffuzor və 22-düymlük təkər diskləri də qara rəngə boyanacaqdır.

Salonda 10,9-düymlük sensor ekranı, Apple CarPlay və Android Auto dəstəyi, USB-C portları, siqnalı gücləndirən simsiz doldurma sistemi və My Bentley onlayn servislərinə daxil olmağa imkan yaradan quraşdırılmış SIM kartı olan mediasistemini görmək olar. Krossoverin avadanlıq siyahısına naviqasiya sistemi, proyeksiya ekranı və rəqəmsal cihazlar paneli də daxildir. İnteryer tərtibatında dəri, alkantara və karbondan istifadə olunur.

Bentley Bentayga Speed modeli əvvəlki kimi 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz edilir. Transmissiya - ZF firmasının istehsalı olan 8-pilləli avtomatik ötürmələr qutusundan, Torsen mərkəzi differensialdan və elektron kilidlənməsi olan arxa differensialından ibarətdir. Məlum məsələdir ki, ötürmə tamdır. Rəvan yüksək sürətlə hərəkət edərkən, sistem transmissiyanı mühərrikdən ayıraraq Sail rejiminə keçir və yanacağa qənaət etməyə başlayır.

Drive Dynamic rejimləri adi Bentayga modelində olduğu ilə eynidir - lakin, speed modeli üçün Sport rejimi və dartma vektoruna nəzarət sistemi yenidən tənzimlənmişdir. Bentayga Speed modelinin dinamik xüsusiyyətləri də dəyişməyib: krossover 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir və 306 km/saatlıq maksimal sürət həddinə malikdir.


autograph.az



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020