Əsas səhifəEkspert"Azərbaycanda avtomobil sənayesi hələ inkişaf etməyib."
PAYLAŞ

"Azərbaycanda avtomobil sənayesi hələ inkişaf etməyib."

Ekspert 12 Avqust 2020 22:52 1923

Azərbaycana nəqliyyat vasitələrinin idxalı ölkə valyutasının xaricə axınının əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ölkənin xarici ticarətin gömrük statistikasına görə, 2018-ci ilin yanvar-mart aylarında Respublika ərazisinə xaricdən 3506 nəqliyyat vasitəsi gətirilib ki, onun da 3158-i minik avtomobilləridir. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1973 ədəd, yaxud 2,5 dəfə artıqdır. Avtomobil idxalında izlənən belə kəskin artım, valyutanın xaricə axınının əhəmiyyətli dərədə artmasına gətirib çıxarıb.

Bu barədə avtoyol.az saytına müsahibə verən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Murad Rzayev qeyd edir ki, “Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük zavodlar kütləvi şəkildə bağlandı, bu sənayenin inkişafına mənfi təsir göstərdi. Sovet dövründə fəaliyyət göstərən həmin zavodların məhsuluna müstəqillik illərində tələbat azaldı. Azərbaycan bu zavodların məhsulunu dünya bazarına çıxara bilmədi.”

Murad Rzayev müasir dövrdə avtomobil sənayesinin hələ inkişaf mərhələsinə çatmadığını qeyd etdi.

"Azərbaycanda avtomobil sənayesi hələ inkişaf etməyib. Bu sahənin inkişafına böyük səylər göstərilməkdədir. Hazırda avtomobil zavodları fəaliyyət göstərsə də ehtiyyat hissələri xarici ölkələrdən idxal edilir. Çünki bu hissələrin ayrı-ayrılıqda istehsalı üçün zavodların və strukturun böyüklüyü tələb olunur. Azərbaycanda Naxçıvan, Gəncə, Neftçala kimi şəhərlərdə Avtomobil zavodları fəaliyyət göstərir ki, onların hesabına son 3-4 ildə avtomobil istehsal 3 dəfə artmışdır. Bildiyimiz kimi bu zavodlar dövlət hesabına maliyyələşdirilir.  Təssüf ki, zavodların məhsulu xaricə ixrac oluna bilmir.”

Bildiyimiz kimi, ölkədə avtomobil sənayesi üzrə kadr hazırlığı ilə məşğul olan ali məktəblər, kolleclər vardır. Sözügedən sahədə kadr hazırlığından danışan Murad Rzayev Nəqliyyat sahəsi üzrə kadr hazırlığının bazasının Sovet dövründə qoyulduğunu vurğulayır.

“Sovet dövründə nəqliyyat sahəsi ön planda gedirdi. Nəqliyyat təlabatlı sahə idi. Bu ən qabarıq şəkildə özünü dəmiryol nəqliyyatında göstərirdi. Çünki yükdaşımalar dəmiryol nəqliyyatı üzərində qurulurdu. 1980-ci illərə qədər dəmiryol nəqliyyatı yükdaşımanın təxminən 80%-ni əhatə edirdi. Bu dövrdən sonra avtomobil zavodları və avtomobil nəqliyyatı inkişaf etməyə başladı. Bu zaman elmi tədqiqat müəssisələrində, ali məktəblərdə avtomobil sahəsi üzrə kadr hazırlığı yüksək səviyyəyə çatdı. 1980-1990-cı illərdə texniki yönümlü universitetlərdə Nəqliyyat fakültəsi açıldı. Elə ilk vaxtlardan bu fakültəyə tələbat çox idi.  Bir sözlə Nəqliyyat sahəsi üzrə kadr hazırlığının bazası Sovet dövründə qoyulmuşdur. Hazırda ölkəmizdə Nəqliyyat sahəsi üzrə kadr hazırlığı yüksək səviyyədə olmasa da, bu istiqamətdə addımlar atılmaqdadır. Bu gün Azərbaycanda məşhur avtomobil şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir. Həmin şirkətlər bu sahə üzrə təhsil alan şəxslərə böyük üstünlük verirlər. Bu, avtomobil sahəsi üzrə təhsil alanların sayının çoxalmasında və ixtisaslaşmış kadrların hazırlanmasında mühüm rol oynayır. Hazırda Azərbaycanda yerləşən bir çox ali məktəblərdə Nəqliyyat sahəsi üzrə fakültələr fəaliyyət göstərir. Bu fakültələr demək olar ki, ilk sıralarda dayanır. Çünki həm bu fakültəyə tələbat var, həm də dünya səviyyəsinə çıxardılacaq bir sahədir. Təssüf ki, bu sahənin inkişafı üzrə ciddi addımlar atılsada kadr hazırlığı ürəkaçan səviyyədə deyildir. Fikrimcə Nəqliyyat xüsusən də avtomobil nəqliyyatı üzrə kadr hazırlığında daha ciddi addımlar atılmalıdır.”


Sənan İmanov


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020