McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, öz ölkəsindəki yarışda azarkeşləri görməmək məyusedici olacaq.
Avtoyol.az xəbər verir ki, McLaren mövsümün ilk iki yarışından 39 xal toplasa da, son üç yarışda cəmi 14 xal yığa bilib və sürücülər çempionatında 4-cü pillədədir.
Karlos Sayns: “Öz ölkəmdə yarışmaq üçün səbirsizlənirəm. Amma tribunalarda azarkeşləri görməyəcəyik və buna görə məyusam.
Mövsüm mənim üçün pis başladı, amma ən yaxşı nəticələri əldə etmək üçün çox işləməliyik. Biz çətin rəqabətin olduğu qrupdayıq. Buna görə də xallar itirəndə ürəyimiz ağrıyır. İndi isə İspaniya yarışına fokuslanmalıyıq. Hər yarış yeni bir fürsətdir”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər