Komandalar Barselonaya qış testlərindən sonra mayda qayıtmağı gözləsələr də, bu, koronavirusa görə avqustun ortalarında baş verib. Keçən həftə Silverstounda isti havada yaranan təkər problemlərinin təkrarlanmaması üçün iştirakçıların diqqəti məhz bu məsələyə yönəldilib.
Sebastyan Fettelin maşınının şassisində keçən həftə çat aşkar edildiyindən, onu yenisi ilə əvəzləniblər. Saynsa da yeni monokok verilib – mexaniklər həddən artıq isinmə probleminin səbəblərini tapmağa çalışıblar.
Williams-da Corc Rasseli Formula1-də ilk dəfə sükan arxasında əyləşən Roy Nissani əvəzləyib. AlphaTauri-də Kvyatın maşını üzərində işlər getdiyindən, rusiyalı sürücü sessiyanın yarım saatdan çoxunu itirib.
Sessiya sakit keçib. Nissani son dəqiqələrdə yerində fırlansa da, maşın zədələnməyib. Protokollara 1:16.785-lik nəticə ilə Valtteri Bottas başçılıq edib. Məşqlər günün ikinci yarısı edəcək…
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər