Əsas səhifəMaraqlıYuxuda avtomobil görməyin intim həyatımızla birbaşa əlaqəsi var
PAYLAŞ

Yuxuda avtomobil görməyin intim həyatımızla birbaşa əlaqəsi var

Maraqlı 18 Avqust 2020 13:20 1739

Qərbli alimlər yuxunu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələr adlandırdığı halda, şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunu bildirirlər. Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətnaltı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur.

Bir çox hallarda arzu və diləklərimizin utopik aləmi gecələr bizi öz ağuşuna alır. Kimisi cənnətdə gəzir, kimisi mükafatlar alır, kimisi rəhmətə getmiş yaxınını görür, kimisi də avtomobil həyəcanını yuxuda davam etdirir.

Bəli, elədir ki, var. Fəlsəfəşünas  Ziqmund Freydin yuxu haqqında fikirlərinə görə, yuxu insanın şüurunda gizlənmiş bəzi məqamların qısametrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzən də gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük.
Bəs görəsən, çoxlarımızın yuxularına qonaq olan avtomobillər əslində hansı mənanı kəsb edir? O, bizə nələri mesaj verir?

“Psixoanaliz baxımından yuxu insanın şüuraltının boşalması üçün bir üsuldur”,- deyən psixoanalitik İbrahim İbrahimli də Ziqmund Freydin nəzəriyyəsinə istinad edərək, hər yuxunun mənası olduğunu söylədi: “Yuxuda gördüyümüz hər bir simvolun öz mənası var. Əsasən də doymamış tələbatlarımızı ifadə edir. Hətta belə atalar sözü də var ki, ac toyuq yuxusunda darı görər. Bu baxımdan, insanlar əsasən cinsi tələbatlarını sıxışdırdıqları üçün Z.Freyd çox yuxunun cinsi həvəsi ifadə etdiyinə inanırdı. Çünki insanlar əsasən cinsi tələbatlarını ödəmədiyi üçün Freyd də çox yuxunu bu şəkildə yozurdu. Məsələn, Freydə görə ağac, qələm, hündür binalar, siqaret və s. kişi cinsi orqanını təmsil edir. Quyu, kibrit qutusu, çanta, şkaf və s. bunlar isə qadın cinsi orqanını ifadə edir. Yuxuda paltar düymələmək, avtomobili idarə etmək isə cinsi əlaqədə olmağı təmsil edir. Həmçinin yuxuda avtomobili kimin idarə etməsi də çox vacib amildir. Əgər avtomobili yuxu görən insanın özü idarə edirsə, deməli, özünə güvənən və proses zamanı hər şeyi öz nəzarətində saxlayan insandır. Yox, əgər avtomobili başqası idarə edirsə, deməli, tabe olan və akt zamanı passiv mövqedən çıxış edən insandır. Məsələn, xəstələr həkim yanına gələrkən əvvəlcə sükan arxasında özlərini görmürlər, çox vaxt həkimi görürlər. Amma zaman keçdikcə və sağalmağa doğru getdikcə avtomobili özləri idarə etdiklərini deyirlər”.

İ.İbrahimlinin sözlərinə görə, avtomobil yuxuda bir çox digər simvolları da ifadə edir. Onlardan biri də avtomobilin hədəf  bildirən simvol olmasıdır: “Məsələn, yuxunu görən şəxsdən soruşursan ki, “Hara getdiniz yuxuda?” Deyir ki, tutalım şəhərə, yaxud imtahana gedirdik. Çox vaxt isə avtomobildə olan insanı xatırlamırlar. Bu zaman pasiyentdən yuxuda necə hisslər keçirdiyini soruşursan. Məsələn, qorxu və ya sevinc duymasını öyrənməyə çalışırıq. Beləliklə, o insanın hədəfə olan münasibətini öyrənmək mümkündür. Ən çox qızlar yuxuda onların arxasınca avtomobillə kiminsə düşdüyünü deyirlər.  Lakin avtomobili idarə edənin üzünü xatırlamırlar. Ya da kölgə kimi görürlər. Bu da onların qərarsızlıqlarından xəbər verir”. 

Yuxuda avtomobil idarə etməyin intim həyatımızla da birbaşa əlaqəsi mövcuddur.
Psixoanalitikin sözlərinə görə, yuxuda avtomobili sürətlə idarə edən insanlar əsasən erkən boşalma problemi olanlardır: “Belə insanlar həm də yemək yeyərkən tələsirlər. Erkən boşalma problemi olan insanlar mənzilbaşına daha tez çatmağa çalışır, beləliklə də, avtomobili daha sürətlə idarə edirlər. Bu da söz yox ki, avtomobil yollarında problem yaradır”.

Alimlərin araşdırmalarına görə, yuxularda biz adətən məhz həyatda üzləşdiyimiz insanları görürük. Beyin heç vaxt yeni personajlar uydurmur. Əslində isə alimlər çoxdan sübut ediblər ki, yuxuda gördüyümüz adamlara heç olmasa bir dəfə həyatda rast gəlmişik. Məsələn, yuxuda 35 il əvvəl babamızın maşınını düzəltmiş mexaniki görsəniz, təəccüblənməyin.

MƏNBƏ: avtomobil.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020