2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.
Avtoyol.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,7 faiz artıb.
Yanvar-iyul aylarında 1074 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 ədəd az minik avtomobili istehsal olunub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər