Rusiyanın Vladivostok şəhərində avtoyuma məntəqəsində bir qrup şəxs tərəfindən işçinin döyülməsi ilə bağlı polisə məlumat daxil olub.
Avtoyol.az Avtosfer.az-a istinad edərək xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Primorsk bölgəsi üzrə regional qrupundan məlumat verilib.
Məlumata görə, “BMW” markalı avtomobillə avtoyuma məntəqəsinə gələn üç naməlum şəxs orada işləyən əməkdaşı döyüblər və sonra da hadisə yerindən uzaqlaşıblar.
Xəsarət alan işçi tibb məntəqəsinə müraciət edib.
Şahidlər isə, bununla bağlı polis bölməsinə xəbər veriblər və dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əməkdaşlar zərərçəkənlə söhbətlər apararaq ondan cinayətkarların əlamətləri barədə məlumat alıblar.
Hazırda 3 şübhəlinin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər