Əsas səhifəXarici"Galendewagen"dən yenilik var
PAYLAŞ

"Galendewagen"dən yenilik var

Xarici 19 Avqust 2020 10:37 831

Posaidon tüninq atelyesi superkar dinamikasına malik olan ekstremal Mercedes-AMG G 63 ofrouderini təqdim edib.

Avtoyol.az autograhp.az-a istinadla xəbər verir ki, standart tvin-turbo mühərrikinin gücü 585-dən 940 at qüvvəsinə qədər artı rılıb, nəticədə ofrouder 100 km/saat qədər sürətlənməyə 3,6 saniyə sərf edir. Bu göstəriciyə görə, ofrouderi, məsələn, Ferrari Enzo və ya Porsche 911 Carrera S superkarları ilə müqayisə etmək olar.

Mühərrikin hasilatını metanolun çilənməsi sisteminin və daha iri ölçülü turbinlərin quraşdırılması, giriş və soyutma sistemlərinin, eləcə də idarəetmə elektronikasının yenidən tənzimlənməsi nəticəsində artmışdır. Bundan sonra G-Class modeli Mercedes-AMG G 63 ofrouderindən 355 at qüvvəsi daha güclü olub. Ofrouder 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. Onun maksimal sürət həddi 280 km/saatdır.

940 at qüvvəli ofrouderi iki hava girişi olan kapot, əlavə işıqlandırma qurğusu və damdakı spoyleri, buraxılış sisteminin təkmilləşdirilmiş çıxış boruları və karbon-saxsı əyləc mexanzimləri sayəsində tanımaq olar.

Tüner təkmilləşdirilmiş G-Class modelinin qiymətini açıqlamayıblar. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020