Əsas səhifəÖlkə10 manatlıq şirkət BNA-nın 2 milyon manatlıq tenderində qalib oldu
PAYLAŞ

10 manatlıq şirkət BNA-nın 2 milyon manatlıq tenderində qalib oldu

Ölkə 19 Avqust 2020 14:59 2142

Bakı Nəqliyyat Agentliyinin elan etdiyi 2 milyon manatlıq tenderin qalibi “Techmaster” Məhdud Məsuliyyətli Cəmiyyət olub.

Avtoyol.az xəbər verir ki, tenderdə Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 2 milyon 69 min 545 manatdır.

 “Techmaster” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Sərdar Həsənov Əbülfət oğludur.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020