Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Mik Şumaxeri növbəti il Formula1-ə gətirmək istəyirlər.
Almaniyalı sürücü bu il Formula2-də ikinci mövsümünü keçirir və hazırda 79 xalla 5-ci yerdədir. Gənc sürücü keçən ilə nisbətən inkişaf edib və performansını davam etdirsə, növbəti mövsüm Alfa Romeo ilə F1-də debüt edə bilər.
Mattia Binotto: “Bu il Formula2-də yaxşı çıxış edir. Builki missiyası inkişaf etmək idi və bunu bacarır. Onunla tezliklə bir yerdə oturub gələcək planlar barədə danışacağıq. Məncə, Mikin növbəti il ortabab komanda ilə idmanda debüt etməsi məntiqli addımdır”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər