Əsas səhifəMaraqlıAvtomobil mühərrikini necə yumalı?
PAYLAŞ

Avtomobil mühərrikini necə yumalı?

Maraqlı 19 Avqust 2020 19:08 1036

Avtomobilin mühərrikini necə yumalı?

Ondan başlayaq ki, kapotun altında su şırnağının və rütubətin aqressiv təsirindən qorxan bir çox "həssas" yerlər var. Bunlar elektrik avadanlıqlarının, naqillərin, kontaktların və çıxıntıların, zavod yarlıklarının, kapotun izolyasiyasının olduğu yerlər və bir çox başqa yerlərdir. Buna görə də kuzovdan fərqli olaraq mühərriki yüksək təzyiq aparatı ilə yumaq tövsiyə olunmur. 

Yumanın düzgün texnologiyası belə ola bilər: 

  • rütubətdən qorxan detalları: akkumulyatoru, generatoru, mühərrikin idarəetmə blokunu, qoruyucular blokunu, bölüşdürücünü, naqilləri, elektrik çıxıntılarını sellofan və skotç ilə sarımaq; 
  • yuma məqsədi ilə motor bölməsinin bütün məkanına kimyəvi vasitə çəkmək və lazımi müddət ərzində gözləmək; 
  • köpüyü yüngülvarı su şırnağı ilə yumaq (bunu yuyucu aparatla da etmək olar, amma təzyiq minimal olmalıdır);  
  • əgər haradasa çirk qalıbsa, mühərrikin ayrı-ayrı hissələri üçün bu proseduru təkrarlamaq; 
  • sellofanlı çıxarmaq, mühərriki, xüsusən də içəridəki boşluqları, habelə elektrik avadanlıqlarını sıxılmış hava ilə qurutmaq; 
  • mühərriki işə salmaq və onun dayanıqlı işlədiyinə əmin olmaq. 

 Sonda daha bir neçə məsləhət: 

Yaxşı olar ki, mühərriki yuma məntəqəsində yuyasınız. İndi yuma məntəqələrinin çoxu bu cür xidmətləri göstərirlər. Amma öncə əmin olun ki, yuyucular bu işi necə görməyi bilirlər, əks halda problemlərdən qaça bilməyəcəksiniz. Yaxınlıqda olmağınız və prosesi izləməyiniz faydalı ola bilər. 

Mühərriki müstəqil surətdə yumaq üçün isə istənilən avtodükandan alınmış xüsusi kimyəvi vasitələrdən istifadə etmək olar.  

Həmçinin əl girməyən yerləri təmizləmək üçün müxtəlif ölçülü fırçalar və güclü çirkləri aradan qaldırmaq üçün qaşovlar köməyinizə çata bilər. 

Mühərriki yuyucu tozla və ya qabyuyan maye ilə yumaq faydasız işdir. Solyar yağı, benzin və ya kerosinlə yumaq isə təhlükəlidir. Kompressor yoxdursa, mühərriki tozsoranla və ya nasosla qurutmaq olar. 

Bayırda temperatur mənfi olduğu halda yaxşı olar ki, mühərriki yumayasınız. Bu zaman rütubət buxarlanmaq əvəzinə donur və mühərrikin normal işinə mane yarada bilər. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020