Əsas səhifəEkspertAvtomobillərin sıxılmış qazla işləməsi təhlükəlidirmi? - Ekspert rəyi
PAYLAŞ

Avtomobillərin sıxılmış qazla işləməsi təhlükəlidirmi? - Ekspert rəyi

Ekspert 20 Avqust 2020 11:28 1732

Hazırda dünyada, eləcə də Azərbaycanda nəqliyyat vasitələrində yanacaq kimi sıxılmış təbii qazdan (CNG) istifadə edilməsi halları artır. Lakin bəzən yanacağın bu növünün təhlükəli olduğu bildirilir, hər an yanacaq balonunun partlama ehtimalı olduğu vurğulanır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sıxılmış qazın 2 variantı var - CNG və LPG.

Ekspert bildirib ki, ekoloji baxımdan CNG daha təmizdir və eyni zamanda daha təhlükəsizdir:

"Bütün dünyada bu sıxılmış qaz növü daha çox populyarlaşıb. Xüsusən benzin mühərrikli avtomobillərin sonradan sıxılmış qaz yanacağı ilə də işləyə bilməsi üçün modernizasiyası mümkündür. Azərbaycanda rəsmi sertifikatı olan bir neçə müəssisə var ki, həmin qaz avadanlıqlarını avtomobillərə quraşdırırlar, təhlükəsizliyə, bütün standartlara cavab verməsinə də zəmanət verirlər.

Düşünürəm, sıxılmış qaz yanacağından istifadə etmək həm də daşımaların maya dəyəri baxımından daya faydalıdır. Bilirsiniz ki, sıxılmış qaz daha ucuzdur, faydalı iş əmsalı daha yüksəkdir və sıxılmış qazla benzindən daha çox məsafə qət etmək mümkündür. Təhlükəsizlik təmin edildikdən sonra sıxılmış qaz çox faydalı yanacaq növüdür".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020