Əsas səhifəXariciMercedes-AMG One hiperkarının trekdəki sınaqlarına başlanıb
PAYLAŞ

Mercedes-AMG One hiperkarının trekdəki sınaqlarına başlanıb

Xarici 20 Avqust 2020 12:59 1618

Mercedes-AMG bölməsi One hiperkarının stend sınaqlarını başa vuraraq, trekdəki sınaqlarına başlayıb. Hiperkar Daimler AG konserninin İmmendingendəki texniki mərkəzinin sınaq poluqonuna gətirilib. Sonradan avtomobilin sınaqları Nürburqrinqin “Şimal ilgəyində” davam etdiriləcəkdir.

Avtoyol.az autograph.az-a istinadla xəbər verir ki, İmmendingendəki poliqonda keçirilən sınaqlar, hiperkarın 1,6-litrlik V6 turbomühərrikini və dörd elektrik mühərrikindən ibarət olan mürəkkəb güc qurğusunu tənzimləmələrinin başa çatdırılmasıdır.  Mercedes F1 W07 Hybrid bolidinin adaptasiya edilmiş güc qurğusu seriya variantına daha yaxındır, lakin mühəndislər hələ də bir sıra problemləri həll etməlidirlər. Bunların arasında yüksək səs-küy səviyyəsi də var. Buna görə də, sınaqlar paralel olaraq stendlərdə və simulyatorlarda davam etdiriləcəkdirlər.

Eyni zamanda, kupenin aktiv aerodinamikasına da daha çox diqqət yetiriləcəkdir. Bu sahədəki işlər ön bamperdəki çəpərciklərin, qanadlardakı kəsiklərin və iri arxa antiqanadın qarşılıqlı əlaqəsinə aiddir. Hər şey uğurlu alınsa, gələn ildən başlayaraq hiperkarlar sifarişçilərə göndəriləcəkdirlər. Mercedes-AMG One modelinin ümumi tirajı 275 nüsxədən ibarətdir və onların hamısı artıq satılmışdır.

Superhibridin hər bir alıcısına xüsusi sifarişlə hazırlanmış yarış əlcəkləri veriləcəkdir. Şirkətdən onların ələ mükəmməl şəkildə  uyğun gələcəyini və yarış treklərində dövrə vaxtını yaxşılaşdıracağını bildiriblər. Hər bir avtomobilin sahibinə əlin surətini çıxarmaq üçün xüsusi qutu və yazılı təlimat verilib. 



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020