Əsas səhifəXariciBentley Pikes Peak Continental GT modelinin istehsalına başlayıb
PAYLAŞ

Bentley Pikes Peak Continental GT modelinin istehsalına başlayıb

Xarici 22 Avqust 2020 11:39 1731

Bentley şirkətinin Kryu şəhərindəki zavodunda Mulliner atelyesi tərəfindən hazırlanmış Pikes Peak Continental GT xüsusi versiyasının yığılmasına başlanılıb. Markanın mətbuat xidmətindən verilən məlumata görə, xüsusi versiya keçən il Continental GT kupesinin Payks Pik yarışlarında qeydə aldığı rekorda həsr edilmişdir. Xüsusi seriyadan olan kupe 15 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.

2019-cu ilin iyununda Riz Millen 635 at qüvvəli Bentley Continental GT  kupesində 19,99 kilometrlik yoxuşu 10 dəqiqə 18 saniyəyə qət etmişdi. Bu, son rekorddan səkkiz saniyə daha yeyindir. Xüsusi seriyadan olan kupelər rekord avtomobilini xatırladan müxtəlif elementləri əldə edib.

Pikes Peak Continental GT modeli Mulliner dizaynerləri tərəfindən yaradılmış sarı-yaşıl kuzov rənginə, karbondan hazırlanmış tərtibat elementlərinə, Pirelli P Zero Color Edition şinləri taxılmış parlaq qara rəngli 22-düymlük Mulliner Driving Specification təkər disklərinə və Acid Green əyləc supportlarına sahib olub.

Avtomobillərin üçdə birinin kuzovuna rekordunu xatırladan Payks Pik zirvəsinin təsviri olan stikerlər yapışdırılacaqdırlar. Radiator barmaqlığındakı 100 nömrəsi, Continental GT modelininin rekordunun Bentley markasının 100-illik yubileyi zamanı qeydə alındığına işarə edir. Belə barmaqlıq opsiyadır.

Ön panelin və qapıların tərtibatında karbon lifindən istifadə olunur, oturacaqlar isə kuzov rəngini təkrarlayan ziddiyyətli tikişlərə malik olan alkantara ilə üzləniblər. Ön panel yolun bir hissəsinin təsviri və rekord  zamanını əks etdirən 10:18.848 rəqəmləri ilə bəzədilib. Bang & Olufsen səs sistemi qara anodlaşdırılmış  örtüyü olan xüsusi dinamik üzlüklərini əldə edib.

Bentley Pikes Peak Continental GT modeli 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12  turbomühərrik ilə təchiz edilir. Kupe 100 km/saat həddinə 3,7 saniyədə sürətlənir və 333 km/saatlıq maksimal sürət həddinə malikdir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020