Bu gün piyada ölümü ilə nəticələnən qəzaların əksəriyyəti yol qaydalarını bilməməkdən irəli gəlir.
Burada əsas məqam və dəqiqləşdirilmiş məqam "Piyadaya yol verilməsi" anlayışıdır. "YHQ"-nun 1-ci fəslində "yol ver" anlayışı yalnız nəqliyyat vasitələrinə şamil edilirdi. Və piyadaya yol verilməsi bu cür xarakterizə edilirdi : IV Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları,yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması I Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar.Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digərnəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Problem elə bundan başlayırdı. 2 zolaqdan artıq olan yollarda yolun sol zolağında olan piyadanı , sağ kənar zolaqda olan sürücü mütləq gözləməli idi. Biz dəfələrlə efirdə bu barədə müzakirələr aparmışdıq. Və qanunda piyadaya yol vermə anlayışı heç bir yerdə dəqiq göstərilməmişdi. Məsələn Rusiyada "iki zolaq" prinsipi tədbiq olunur. Yəni sürücü ilə piyada arasında ən az iki zolaq varsa hərəkət etməyə icazə verilir . Bizdə isə qanuna görə piyadaya yol verilməsinin anlayışı ayrı cür dəqiqləşdi. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansımanevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.
Bu nə deməkdir ? Yəni sürücü piyada keçidinə daxil olarsa və bu zaman piyada ona görə dayanmazsa və ya istiqamətini dəyişməzsə ona protokol yazıla bilməz. Misal üçün : siz piyada keçidinə daxil olursunuz , bu zaman piyada dayanır, sonra qəflətən siz onu vurmayasınız deyə kənara çəkilir. Bu artıq qayda pozuntusudur.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər