Əsas səhifəEkspertAzərbaycanda köhnə avtomobillər necə yenilənə bilər? Ekspertdən TƏKLİF
PAYLAŞ

Azərbaycanda köhnə avtomobillər necə yenilənə bilər? Ekspertdən TƏKLİF

Ekspert 25 Avqust 2020 22:59 1367

Bu gün Azərbaycanda avtomobil parkının təqribən 55-60 faizini köhnə avtomobillər, yəni istismar müddəti 15 il və ondan çox olan avtomobilər təşkil edir.

Avroyol.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov trend.az-a açıqlamasında deyib.

Ə.Hüseynov bildirib ki, köhnə avtomobillər qəzaya uğrayan zaman da daha çox insan ölümünə səbəb olur: "Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir".

Ekspert bildirib ki, bu baxımdan Azərbaycanda ömrünü başa vurmuş köhnə avtomobillərin yeniləri ilə əvəz edilməsi üçün hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq əhəmiyyətli rol oynaya bilər. 

Onun sözlərinə görə, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti ən azı 40 faiz ucuzlaşar: “Düzdür elektrik avtomobilləri ilə bağlı ciddi gömrük güzəştləri var. Ancaq yaxşı olardi ki, gömrük ödənişləri müəyyən müddət ləğv edilsin. Hazırda elektrik avtomobillərə aksiz vergisi və əlavə dəyər vergisi tətbiq olunmur, amma 15 faizlik gömrük rüsumu tətbiq olunur, amma yaxşı olardı ki, heç o da olmasın. Belə olan halda həmin avtomobillərin ölkəyə idxalı daha geniş vüsət alar”.

Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid və elektrik avtomobillər daha faydalıdır: "Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid və elektrik avtomobillər isə ekoloji baxımdan çox faydalıdır. Hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020