Əsas səhifəXariciLexus yeni ticarət nişanını qeydə alıb
PAYLAŞ

Lexus yeni ticarət nişanını qeydə alıb

Xarici 26 Avqust 2020 06:42 1414

Önümüzdəki illərdə Lexus şirkəti model xəttindəki yığcam UX krossoverindən daha kiçik ölçülərə malik olan krossoveri bazara çıxara bilər.

Avtoyol.az xarici mediaya istinadla xəbər verir ki, buna yapon şirkətinin Avropada qeydə aldığı LBX ticarət nişanı dəlalət edir - çox güman ki, bu ad konseptli avtomobilinə veriləcək, seriya variantı isə, iki hərfdən ibarət olan ənənəvi indeskə (bəlkə də BX) malik olacaqdır.

Gələcək yığcam krossoverin  GF-C modul platformasını Toyota Yaris Cross modeli ilə bölüşəcəyi və hər iki avtomobilin bənzər ölçülərə malik olacağı məlumdur: krossoverin uzunluğu təqribən 4.2-4.3 metr arasında olacaqdır (Lexus UX modelinin uzunluğu 4.5 metrdir).

Krossoverin təchiz ediləcəyi güc qurğusu da Yaris Cross modelindən götürüləcəkdir. Xatırladaq ki, Yaris Cross modeli ümumi gücü 116 at qüvvəsi olan  hibrid güc qurğusu ilə təklif edilir. Ötürmə - ön və ya tam olacaqdır. Arxa oxda ayrıca mühərrik-generatoru olan E-Four tam ötürmə sisteminin tətbiq ediləcəyi də istisna olunmur.

Yığcam Lexus krossoveri Toyota Yaris Cross modelindən baha olacaq və  təxminən 27 min avroya başa gələcəkdir. Lexus BX modelinin 2023-cü ildə bazar debütü edəcəyi gözlənilir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020