Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Aran qəsəbəsi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Maye qaz daşıyan yük maşını yolu keçən 1977-ci il təvəllüdlü Aran qəsəbəsi sakini Sultanov Fikrət Sabir oğlunu vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər